Futbol

Fransa Hollandiyaya qalib gəldi

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. 

Günün ən diqqətçəkən görüşü A Liqası çərçivəsində Fransa və Hollandiya yığmaları arasında keçirilib. Son dünya çempionu olan fransızlar bu görüşdən qalib ayrılıblar.

Millətlər Liqası
9 sentyabr

A Liqası

1-ci qrup

Fransa - Hollandiya 2:1
Qol: Mbappe, 14. Jiru, 75 - Babel, 67.

B Liqası

1-ci qrup

Ukrayna - Slovakiya 1:0
Qol: Yarmolenko, 80-pen.

4-cü qrup

Danimarka - Uels 2:0
Qol: Eriksen, 32; 63-pen.

C Liqası

3-cü qrup

Bolqarıstan - Norveç 1:0
Qol: Vasilyev, 58.

Kipr - Sloveniya 2:1
Qol: Sotiriu, 69. Stoyanoviç, 88-öz qapısına - Beriç, 54.

D Liqası

1-ci qrup

Gürcüstan - Latviya 1:0
Qol: Okriaşvili, 77-pen.

4-cü qrup

Makedoniya - Ermənistan 2:0
Qol: Alioski, 13-pen. Pandev, 59.

Lixtenşteyn - Cəbəllütariq 2:0
Qol: Salanoviç, 32. Vizer, 72.