Futbol

Qurban Qurbanovun oğlu "Qarabağ"a iki qol vurdu

AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi yarışlarda növbəti turun oyunları keçirilib

AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi yarışlarda növbəti turun oyunları keçirilib.

U-13 liqasında turun maraqlı qarşılaşması "Neftçi" ilə "Qarabağ" arasında olub. 

Eldəniz Məmmədovun yetirmələri Ağdam klubunu 4:0 hesabı ilə yenməklə ilk dövrəni birinci pillədə başa vurub. 

Bu matçda qollardan ikisini "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Neftçi"nin U-13 komandasında oynayan oğlu, hücumçu Musa Qurbanlı vurub. 

Digər qolları Mehmet Sərin və Vüsal Qənbərov aktivinə yazdırıb.