Futbol

Kriştiano Ronaldodan inanılmaz rekord

"Real"ının forvardı Kriştiano Ronaldo İspaniya La Liqasının XIV turunda "Selta"ya qarşı keçirilmiş oyunda het-trikə imza atıb

"Real"ının forvardı Kriştiano Ronaldo İspaniya La Liqasının XIV turunda "Selta"ya qarşı keçirilmiş oyunda het-trikə imza atıb.

Bununla da, portuqaliyalı futbolçu primeroda vurduğu qolların sayını 200-ə çatdırıb. Təcrübəli oyunçu buna 178 oyunda nail olub.

Ronaldo həmçinin La Liqanın yeni rekordunu müəyyənləşdirib. Bu vaxta qədər heç bir futbolçu İspaniya çempionatları tarixində 23 het-trik etməmişdi. 

O, bu göstərici ilə 22 het-trikli Telmo Zarra və Di Stefanonu geridə qoyub.