Futbol

Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

Futbol üzrə Litva çempionatında 22-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Palanqa” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Kamran bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib. Tural isə bu görüşün iştirakçısı olub. Rzayev start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Yonava” 17 xalla turnir cədvəlində sonuncu - 8-ci pillədə qərarlaşıb.