Futbol

“Mançester Siti” yeni transferini icarəyə göndərdi

İngiltərənin “Mançester Siti” klubu yeni transferi Daniel Arzanini icarəyə göndərib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi onu Şotlandiyanın “Seltik” klubuna icarəyə verib. Bu barədə Şotlandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu qarşıdakı iki mövsümü “Seltik”də keçirəcək.

“Mançester Siti” Arzanini bir neçə gün öncə Avstraliyanın “Melburn Siti” klubundan transfer edilmişdi.