Futbol

FİFA “Atletiko”nu cərimələdi

FİFA İspaniyanın “Atletiko” klubunu cərimələyib.

Dsport.az xəbər verir ki, FİFA Madrid təmsilçisinə 50 min dollar pul cəzası verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Buna səbəb “Atletiko”nun futbolçuların vəziyyəti və onların transferləri haqqında qaydaları pozması olub.

Madrid klubuna pul cəzasından əlavə, xəbərdarlıq da edilib.