Futbol

Milli komandada yeni baş məşqçi

Futbol üzrə Cənubi Koreya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Asiya təmsilçisi portuqaliyalı Paulo Bentu ilə anlaşıb. 49 yaşlı mütəxəssislə 2022-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlanılıb. O, bu postda Sin Txe Yeni əvəzləyib.

Cənubi Koreya yığması Rusiyada keçirilən DÇ-2018-də qrupdan çıxa bilməmişdi.

Bentu 2010-2014-cü illərdə Portuqaliya millisinin “sükanı arxasında” olub. O, son olaraq Çinin “Çuntsin Lifan” klubunda çalışıb.