Futbol

Eto’o rəsmən Qətər klubunda

Kamerunlu futbolçu Samuel Eto’onun Qətərin “Qətər Sports” klubuna transferi rəsmiləşib.

Dsport.az xəbər verir ki, artıq onun yeni klubunda nə qədər qazanacağı da məlum olub.

Belə ki, 37 yaşlı futbolçu oyunlara görə veriləcək mükafat və sponsor gəlirlərindən əlavə, 10 ay ərzində 5 milyon avro qazanacaq. Kamerunlu forvardın bu müddət ərzində toplam məvacibinin 7,5 milyon avroya çatacağı bildirilir.