Futbol

UEFA Super Kubokunu “Atletiko” qazandı

Futbol üzrə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

Dsport.az xəbər verir ki, Super Kubok matçında Madrid klubları – “Atletiko” və “Real” üz-üzə gəlib.

“Real” 2017/18 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub.

"Real” UEFA Super Kubokunun hazırkı sahibi sayılırdı. “Kral klubu” ötən il Super Kubok görüşündə "Mançester Yunayted"i məğlub etmişdi (2:1).

Estoniyanın paytaxtı Tallindəki “Lillekula” stadionunda keçirilən oyunda qapılara 6 qol vurulub. Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi əlavə vaxtda müəyyənləşib. Məhz əlavə vaxtda daha iki qol vuran "Atletiko" tarixində 3-cü dəfə UEFA superkubokuna sahib çıxıb. Bu klub 2010 və 2012-ci illərdə də UEFA superkubunu qazanmışdı.

UEFA Super Kuboku
15 avqust

Real (İspaniya) - Atletiko (İspaniya) 2:4
Qollar: Kərim Benzema, 27. Serxio Ramos, 63-pen - Dieqo Kosta, 1; 79. Saul Niqes, 99. Koke, 104.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Ovidiu Hateqan (Rumıniya).
Estoniya, Tallin. “Lillekula” stadionu.

Real: Keylor Navas, Daniel Karvaxal, Serxio Ramos, Rafael Varan, Marselo, Toni Kroos, Kazemiro, İsko, Qaret Beyl, Marko Asensio, Kərim Benzema.
Atletiko: Yan Oblak, Xuanfran, Dieqo Qodin, Stefan Saviç, Lukas Ernandes, Tomas Lemar, Rodri, Saul Niqes, Koke, Antuan Qrizmann, Dieqo Kosta.