Futbol

Qleb karyerasını başa vurdu

Futbol üzrə Belarus yığmasının sabiq üzvü Vyaçeslav Qleb karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, BATE-də çıxış edən Aleksandr Qlebin kiçik qardaşı olan Vyaçeslav 35 yaşında futboldan getməyə qərar verib. 

Onun son klubu ölkəsinin “Neman” komandası olub. 2017-ci ildən bu komandada çıxış edən Qleb burada 15 oyuna çıxıb, 2 qol vurub.

Vyaçeslav karyerası ərzində Almaniyanın “Ştutqart”, “Hamburq”, “Fraknfurt”, İsveçrənin “Qrashopper”, Çinin “Şanxay Şenxua”, “Şençjen Rubi”, Yunanıstanın “Kalloni” klublarında legioner həyatı yaşayıb, eləcə də ölkəsində “MTZ-Ripo”, “Dinamo” (Minsk), “Qomel”, “Torpedo-BelAZ”, “Krumçakı” kimi komandaların formasını geyinib.

Belarus yığmasında 45 oyun keçirmiş Qleb 12 qola imza atıb.

Vyaçeslavın böyük qardaşı Aleksandr isə 37 yaşı olmasına baxmayaraq, hələ də BATE-də çıxış edir. O, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı oyunlarda da meydana çıxıb.