Futbol

Subaşiç milli karyerasını başa vurdu

Futbol üzrə Xorvatiya yığmasının daha bir üzvü milli karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, Fransanın “Monako” klubunun qapıçısı Daniel Subaşiç də yığma karyerasını bitirdiyini elan edib:

“Milli karyeramı dünya çempionatında iştirak etməklə başa vurmaq istəyirdim. Bu, mənim arzum idi. Bundan sonra gənclərə yol vermək istəyirəm”.

2009-cu ildən Xorvatiya yığmasına çağırılan 33 yaşlı Subaşiç ölkəsinin əsas komandası ilə 44 oyuna çıxıb. O, 2012-ci ildən “Monako”da forma geyinir.