Futbol

Daha bir xorvatiyalı millidən getdi

Futbol üzrə Xorvatiya yığmasının futbolçusu Mario Mandzukiç milli karyerasını bitirib.

Dsport.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.

Mandzukiç Xorvatiya millisi ilə DÇ-2018-in gümüş medalçısı olub.

32 yaşlı forvard millidə 81 oyun keçirib və 32 qola imza atıb.

Bir müddət əvvəl xorvatiyalı futbolçu Vedran Corluka da milli karyerasını bitirdiyini açıqlamışdı.