Futbol

Samuel Eto'o özünə yeni klub tapdı

Bir müddət öncə Türkiyənin “Konyaspor” klubu ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran kamerunlu məşhur hücumçu Samuel Eto'o özünə yeni iş yeri tapıb.

Dsport.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra Qətər çempionatında çıxış edəcək. O, bu ölkənin “Qətər” komandası ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Karyerası ərzində “Real”, “Barselona”, “İnter”, “Çelsi” kimi Avropanın nəhəng klublarında çıxış etmiş Eto'o, 2015-2018-ci illər aralığında “Antalyaspor”da, ötən mövsümün ikinci dövrəsində isə “Konyaspor”da oynayıb.