Futbol

Fərid Nəbiyev qol vursa da, “Slaviya” uduzdu

Çexiyanın futbol üzrə gənclər liqasında 4-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Pribram” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da Fərid vurub. Futbolçumuz 3-cü dəqiqədə hesabı açsa da, komandası qalan dəqiqələrdə qapısından 2 top buraxıb.

“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.