Futbol

Futbolçularımız oynadı, “Yonava” məğlub oldu

Futbol üzrə Litva çempionatında 28-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Trakai” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Kamranla Tural da bu görüşün iştirakçısı olub. Rzayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, qarşılaşmanın 9-cu dəqiqəsində sari vərəqə ilə də cəzalanıb. Gənclərdən ibarət milli komandamızın üzvü Kamran isə 76-cı dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Yonava” 14 xalla turnir cədvəlində sonuncu - 8-cidi.