Futbol

Eminsiz “Kalmar” səfərdə uduzdu

Futbol üzrə İsveç çempionatında 17-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ostersun”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Emin bu görüşdə meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.

“Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.