Futbol

Pavel Paşayevin komandasından ardıcıl 4-cü qələbə

Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Kiyev “Arsenal”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da qələbə ilə ayrılıb – 1:0.

Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Geridə qalan turlarda qələbələri sıralayan “Aleksandriya” 12 xalla vahid liderdi.