Futbol

Azərbaycan millisi UEFA reytinqində gerilədi

UEFA Avropa milli komandalarının yeni reytinq cədvəlini açıqlayıb. 54 yığmanın yer aldığı siyahıya 38,286 xalla son dünya çempionu Almaniya millisi başçılıq edir

UEFA Avropa milli komandalarının yeni reytinq cədvəlini açıqlayıb. 54 yığmanın yer aldığı siyahıya 38,286 xalla son dünya çempionu Almaniya millisi başçılıq edir. İspaniya 2-ci (36,263), İngiltərə isə 3-cü (35,903) pillədədi.

Azərbaycan millisi reytinqdə geriləyib. AVRO-2016-nın seçmə mərhələsində 4 oyundan xal toplaya bilməyən yığmamız reytinqdə 14,311 xalla 47-ci yerdədi. Ötənilki reytinqdə isə vəziyyət belə idi: 16,901 xalla 44-cü. 

Milli sıralamada yalnız Farer adaları, Luksemburq, Qazaxıstan, Malta, San-Marino, Andorra və Cəbəllütariqi qabaqlayıb.

Seçmə mərhələdəki rəqiblərimizdən İtaliya 4-cü (34,765), Xorvatiya 9-cu (32,392), Norveç 20-ci (27,929), Bolqarıstan 36-cı (20,376) və Malta 51-ci (11,470) yerdə qərarlaşıb.
 
Reytinq cədvəli:                                              

1. Almaniya - 38,286
2. İspaniya - 36,263
3. İngiltərə - 35,903
4. İtaliya - 34,765
5. Hollandiya - 34,669
6. Fransa - 33,599
7. Çexiya - 32,753
8. Portuqaliya - 32,555
9. Xorvatiya - 32,392
10. Ukrayna - 32,145
11. Belçika - 31,929
12. İsrail - 31,389
13. Slovakiya - 30,491
14. Polşa - 30,344
15. Rumıniya - 30,108
16. Avstriya - 29,542
17. İsveçrə - 28,784
19. Danimarka - 28,166
20. Norveç - 27,929
21. İsveç - 27,808
22. Macarıstan - 27,752
23. İrlandiya - 26,812
24. İslandiya - 26,518
25. Bosniya və Herseqovina - 25,266
28. Serbiya - 24,152
29. Şotlandiya - 24,109
30. Uels - 24,081
31. Çernaqoriya - 23,681
32. Türkiyə - 23,633
33. Şimali İrlandiya - 23,551
34. Litva - 21,348
35. Albaniya - 21,291
36. Bolqarıstan - 20,376
37. Finlandiya - 20,351
38. Ermənistan - 19,901
39. Estoniya - 19,479
40. Kipr - 18,318
41. Gürcüstan - 17,156
42. Moldova - 16,861
43. Makedoniya - 16,861
44. Latviya - 16,721
45. Belarus - 15,036
46. Lixtenşteyn - 14,955
47. Azərbaycan - 14,311
48. Farer adaları - 13,301
49. Luksemburq - 13,241
50. Qazaxıstan - 13,021
51. Malta - 11,470
52. San-Marino - 8,860
53. Andorra - 8,410
54. Cəbəllütariq - 7,375