Futbol

"Real"ın oyununda topa ilk zərbəni Maqnus Karlsen vuracaq

"Bu, Maqnus üçün böyük hadisədi. O, bu anı səbirsizliklə gözləyir"

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen İspaniya La Liqasının növbəti turunda bu axşam Bakı vaxtı ilə saat 23:00-da start götürəcək "Real" - "Selta" oyununda topa ilk zərbəni vuracaq.

Məşhur şahmatçının meneceri Espena Aqdesteynanın sözlərinə görə, Karlsen şahmat tacı uğrunda Soçidə qazandığı uğurdan dərhal sonra Madrid klubunun prezidenti Florentino Peresdən sözügedən qarşılaşmaya dəvət alıb:

"Bu, Maqnus üçün böyük hadisədi. O, bu anı səbirsizliklə gözləyir".

Karlsenin "Real" azarkeşi olduğu hamıya məlumdu.