Futbol

Zlatan İbrahimoviçlə bağlı şok açıqlama

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç bu mövsümdə bütün matçlarda komandasına kömək edə bilməyəcək

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç bu mövsümdə bütün matçlarda komandasına kömək edə bilməyəcək.

Bu barədə Paris klubunun həkimi Erik Rollan məlumat verib:

"O, əvvəlki kimi dabanında ağrını hiss edir. Bu zədənin intensivliyi dəyişkəndi.

Son zamanlar vəziyyəti pisləşmir, amma bu problem bütün mövsüm boyunca aktual olacaq. Buna görə də o, cari mövsümdə hər qarşılaşmada oynamayacaq".

İbrahimoviç bu mövsüm zədə səbəbindən 7 həftə yaşıl meydanlardan uzaq qalıb.