Futbol

Rafael Markes karyerasını başa vurdu

Meksika yığmasının veteran üzvü Rafael Markes futbolçu karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, o, 39 yaşında oyunçu karyerasını bitirməyə qərar verib. Bu barədə təcrübəli futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

Markes karyerası ərzində “Atlas”, “Monako”, “Barselona”, “Nyu-York Red Bullz”, “Leon”, “Verona” kimi klublarda çıxış edib. O, son iki mövsümü yetirməsi olduğu Meksika “Atlas”ında keçirib. Rusiyada təşkil olunmuş DÇ-2018-ə də gətirilən yarımmüdafiəçi Meksika millisində bütövlükdə 146 oyun keçirib, 19 qol vurub.