Futbol

Millimizin sabiq forvardı Latviyada yenə dubl etdi

Futbol üzrə Latviya Birinci Liqasında 10-cu turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Smiltene” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının qollarından ikisini də Əsgərov vurub. O, 8 və 32-ci (penaltidən) dəqiqələrdə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 12-yə çatdırıb və liqanın bombardirlər cədvəlində ilk sıradakı yerini qoruyub.

“Dauqavpils” isə 10 turdan sonra 25 xalla ikinci pillədə yer alıb.