Futbol

Eminsiz “Kalmar” doğma meydanda uduzdu

Futbol üzrə İsveç çempionatında 14-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Sundsval”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Emin bu görüşdə meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.

“Kalmar” hazırda 20 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.