Futbol

“Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

Türkiyənin “Beşiktaş” klubunun sabiq hücumçusu Hüqo Almeyda özünə yenə iş yeri tapıb.

Dsport.az xəbər verir ki, o, yeni mövsümdən Portuqaliyanın ikinci Liqasında mübarizə aparan “Akademika”nın şərəfini qoruyacaq. Bu barədə sözüedən klubun rəsmi saytı məlumat yayıb.

Almeyda 11 illik fasilədən sonra vətəninə dönüb. “Portu”nun yetirməsi olan forvard 2007-ci ildə bu klubdan Almaniya “Verder”inə transfer edilmişdi. 34 yaşlı futbolçu son olaraq Xorvatiyanın “Hayduk” (Split) klubunun şərəfini qoruyurdu. 

2011-2014-cü illər aralığında “Beşiktaş”da çıxış edən Almeyda Türkiyədən ayrldıqdan sonra “Çezena”, “Kuban” (Krasnodar), “Anji”, “Hannover” və AEK-də də oynamağa imkan tapıb. 

Portuqaliya millisində 57 oyuna çıxan təcrübəli futbolçu 19 qola imza atıb. O, geridə qalan mövsümdə “Hayduk”la 19 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.