Futbol

“Qarabağ”ın qapıçısı baş məşqçisiz qaldı

Futbol üzrə İslandiya millisinin baş məşqçisi Heymir Hadlqrimsson istefa verib.

Dsport.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hadlqrimssonun başçılıq etdiyi İslandiya millisi DÇ-2018-də qrupu 4-cü pillədə tamamlayaraq, mundialı erkən tərk etmişdi.

51 yaşlı mütəxəssis 2014-cü ildən İslandiya millisinin “sükanı arxasında” çalışırdı.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Hannes Halldorsson da İslandiya yığmasının üzvüdü.