Futbol

İvan Rakitiç bu mövsüm hamını qabaqladı

Futbol üzrə Xorvatiya yığmasının və İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi İvan Rakitiç geridə qalan mövsüm üçün maraqlı bir rekorda imza atıb.

Dsport.az xəbər verir ki, 30 yaşlı futbolçu 2017/18 mövsümündə ən çox oyun keçirməklə bütün həmkarlarını qabaqlamağa nail olub.

“Barselona” ilə uğurlu mövsüm keçirən Rakitiç İspaniya La Liqasında çempion adını qazandı. Ardından Xorvatiya yığması ilə Rusiyada təşkil olunan dünya çempionatına qaılan futbolçu komandası ilə finala qədər irəlilədi. O, Fransaya 2:4 hesabıyla uduzduqları həlledici matç da daxil olmaqla geridə qalan mövsümdə bütövlükdə 71 oyuna çıxıb. 

Ulduz futbol DÇ-2018-də 7 matça çıxdı. O, mundialdan öncə yığma komandanın heyətində 4 yoxlama matçının da iştirakçısı olub. Rakitiç “Barselona” formasıyla 55 rəsmi matça çıxıb (35 La Liqa, 10 Çempionlar Liqası, 8 İspaniya Kuboku, 2 İspaniya Super Kuboku). Xorvatiyalı futbolçu Kataloniya klubu ilə 5 yoxlama görüşünün də iştirakçısı olub.

Rakitiçin bu baxımdan ən yaxın izləyicisi “Çelsi”nin və Braziliya yığmasının üzvü Villian olub - 70 oyun. Son Hunq-Min, Kevin De Breyne və Reşford isə 68 oyunla ilk üçlüyü qapayırlar.