Futbol

“Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

Azərbaycan çempionu "Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək.

Dsport.az xəbər verir ki, “Qarabağ” - “Olimpiya” matçını “İdman Azərbaycan” telekanalı canlı yayımlayacaq. Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

“Qarabağ” - “Olimpiya” görüşü iyulun 18-də keçiriləcək və saat 21:00-da start götürəcək.

Ağdam təmsilçisi səfərdə keçirilmiş ilk oyunda 1:0 hesablı qələbə qazanıb.