Futbol

Millimizin üzvü “Astana”da debüt şansı qazandı

Futbol üzrə Azərbaycan millisinin üzvü, “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda yeni klubu “Astana”nın heyətində UEFA Çempionlar Liqasında iştirak edə biləcək.

Dsport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, millimizin futbolçusunun adı “Astana”nın iştirak ərizəsinə daxil edilib.

ÇL-in 1-ci təsnifat mərhələsində Çernoqoriya “Sutyeska”sı ilə qarşılaşacaq Qazaxıstan təmsilçisi səfərə 22 futbolçu ilə yollanıb. “Astana”nın baş məşqçisi Roman Qriqorçuk Almeydanın da xidmətindən bu oyunda yararlanmağı planlaşdırır. Baxmayaraq ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Almeydanın hələ tam formada olmadığını açıqlayıb.

“Sutyeska” - “Astana” görüşü iyulun 18-də keçiriləcək. Qazaxıstanda keçirilmiş ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.