Futbol

Argentina yığmasında Sampaoli dönəmi sona çatdı

Futbol üzrə Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

Dsport.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Sampaolinin hələ komandası Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizəni dayandıran kimi postundan kənarlaşdırılacağı gözlənilirdi. Lakin AFF rəhbərliyi baş məşqçinin istefası ilə bağlı heç bir açıqlama vermədiyindən, onun postundan qalacağı barədə xəbərlər dolaşmağa başlamışdı. Ötən gün isə federasiya nəhayət ki, baş məşqçinin istefaya göndərildiyini rəsmən bəyan edib.

Xatırladaq ki, DÇ-2018-də qrupdan çox çətinliklə çıxan Argentina millisi 1/8 finalda sonda mundialın qalibi olan Fransaya məğlub olmaqla mübarizəni dayandırmışdı.

Sampaoli Argentina yığmasını 2017-ci ilin may ayından çalışdırırdı.