Futbol

Emin oynamadı, “Kalmar” qalib gəldi

Futbol üzrə İsveç çempionatında 13-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda lider “Yurqorden”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Emin bu görüşdə meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.

“Kalmar” hazırda 20 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.