Futbol

Mandzukiç tarixə düşdü

Futbol üzrə Xorvatiya millisinin hücumçusu Mario Mandzukiç dünya çempionatları tarixinə düşüb. 

Dsport.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun şərəfini qoruyan təcrübəli forvard 1930-cu ildən keçirilən mundiallar tarixində finalda avtoqola imza atan ilk futbolçu olub.

Belə ki, bunadək keçirilən 20 dünya çempionatının heç birində həlledici matçda topu öz qapısına göndərən futbolçu olmamışdı. Mario, Fransa yığmasıyla Moskvada “Lujniki” stadionunda keçirilən final oyununun 18-ci dəqiqəsində başla vurduğu avtoqolla hesabı açıb.

Qeyd edək ki, Xorvatiya yığması bu oyunda Fransaya 2:4 hesabıyla uduzub. Komandasının vurduğu qollardan birini də məhz Mandzukiç vurub. Beləcə, 32 yaşlı forvard eyni zamanda həm rəqib qapısına, həm də öz komandasının qapısına qol vurmuş ilk futbolçu kimi də dünya çempionatları tarixinə düşüb.