Futbol

Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

Futbol üzrə Latviya Birinci Liqasında 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Stayçeles Bebri” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 8:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının qollarından ikisini də Əsgərov vurub. O, 62 və 72-ci (penaltidən) dəqiqələrdə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 10-a çatdırıb və liqanın bombardirlər cədvəlində ilk sırada qərarlaşıb.

“Dauqavpils” isə 9 turdan sonra 21 xalla ikinci pillədə yer alıb.