Futbol

Finalın ən yaxşısı seçildi

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında bu gün Fransa və Xorvatiya yığmaları arasında keçirilən final matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Fransa yığmasının hücumçusu Antuan Qrizmann seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Fransa yığması bu oyunda 4:2 hesabıyla qalib gələrək mundialın qızıl medallarını qazanıb. Qrizmann komandasının qələbəsinə 1 qolla töhfə verib.

Madrid “Atletiko”sunun şərəfini qoruyan futbolçu bu mundialda üçüncü dəfə ən yaxşı seçilib. O, Uruqvaya 2:0, Avstraliyaya 2:1 hesabıyla qalib gəldikləri oyunlarda da matçın ən yaxşısı olmuşdu.