Futbol

FİFA İngiltərəni də cəzalandırdı

FİFA İngiltərə Futbol Federasiyasını cəzalandırıb.

Dsport.az xəbər verir ki, ali futbol qurumunun İntizam Komitəsi bu ölkənin futbol federasiyasına 70 min İsveçrə frankı cərimə kəsib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İngiltərə yığması Rusiyada təşkil olunmuş dünya çempionatında FİFA-nın marketinq qaydalarını pozduğuna görə cərimə olunub.