Futbol

“Qarabağ”ın daha bir sabiq üzvü rəsmən “Astana”da

Qazaxıstanın “Astana” klubu Azərbaycan çempionu “Qarabağ”ın daha bir futbolçusunu heyətinə qatıb.

Dsport.az xəbər verir ki, Riçard Almeydadan sonda daha bir braziliyalı yarımmüdafiəçi - Pedro Enrike də ukraynalı baş məşqçi Roman Qriqorçukun sərəncamında olacaq. Bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.

Astanalalılar da Ağdam təmsilçisi kimi Pedronu müqaviləylə məxsus olduğu Yunanıstan PAOK-undan icarəyə götürərək rəsmi müqavilə imzalayıb. Vətənində "Qremio"nin yetirməsi kimi tanınan 28 yaşlı Enrike geridə qalan mövsümdə çıxış etdiyi "Qarabağ"ın heyətində çempion olub.