Futbol

FİFA daha iki ölkəni cəzalandırdı

FİFA İsveç və Xorvatiya Futbol Federasiyalarını cəzalandırıb.

Dsport.az xəbər verir ki, ali futbol qurumunun İntizam Komitəsi hər iki ölkənin futbol federasiyasına 50 min İsveçrə frankı cərimə kəsib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki ölkə Rusiyada təşkil olunmuş dünya çempionatında FİFA-nın marketinq qaydalarını pozduğuna görə cərimə olunub.

Qeyd edək ki, hər iki ölkənin futbol qurumu mundial çərçivəsində ikinci dəfə eyni qayda pozuntusuna görə cəzalanıb. FİFA İsveç və Xorvatiyanı ilk dəfə cəzalandıranda onlara xəbərdarlıq etsə də, oxşar səhvlər yenə təkrarlanıb.