Futbol

FİFA prezidentinin qızı Rusiyada xəstəxanalıq oldu

FİFA prezidenti Canni İnfantinonun Rusiyada təşkil olunmuş dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş Fransa – Belçika matçını stadiondan canlı izləməməsinin səbəbi müəyyənləşib.

Dsport.az xəbər verir ki, buna onun dörd qızından ən kiçiyinin xəstəxanalıq olması səbəb olub. Belə ki, kəskin ağrılarla Sankt-Peterburqdakı xəstəxanalardan birinə götürülən uşaq əməliyyat edilib. Appendisit əməliyyatı uğurla başa çatan İnfantinonun qızının hazırda yaxşı olduğu bildirilir.