Futbol

Nani yenidən yetirməsi olduğu klubda

Portuqaliyalı futbolçu Nani sabiq klubuna qayıdıb.

Dsport.az xəbər verir ki, o, yeni mövsümdən ölkəsinin “Sportinq” klubunun uğurları üçün tər tökəcək.

Peşəkar futbolçu karyerasına məhz Lissabon təmsilçisində başlayan 31 yaşlı futbolçu 11 illik fasilədən sonra yenidən bu kluba qayıtmağa qərar verib. “Sportinq” Naninin qayıdışını “Yuvana xoş gəldin” mesajıyla sosial şəbəkə hesablarından açıqlayıb.

İspaniyanın “Valensiya” klubuna məxsus olan futbolçu geridə qalan mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib. Portuqaliya yığmasının sabiq üzvü karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, Türkiyənin “Fənərbaxça” klublarında da forma geyinib.