Futbol

Xorvatiya - İngiltərə matçının ən yaxşısı

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilən Xorvatiya - İngiltərə matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Perişiç seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Xorvatiya yığması bu oyunda 2:1 hesabıyla qalib gələrək finala yüksəlib. Komandasının bu oyundakı ilk qolunu da məhz “İnter”in şərəfini qoruyan Perişiç vurub.