Futbol

Belçika və Meksikadan asan, Almaniyadan dramatik qələbə

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, bu gün G və F qruplarında yer alan komandaların iştirakı ilə daha üç oyun baş tutub.

Günün ilk oyununda mundialın favoritlərindən hesab olunan Belçika yığması Tunisi sınağa çəkib. İlk turda Panamaya 3 cavabsız qolla qalib gəlmiş Avropa təmsilçisi bu dəfə də qələbə qazansa, pley-offa vəsiqəni təmin edəcəkdi. 7 qolun qeydə alındığı qarşılaşma məhz belçikalıların inamlı qələbəsi ilə başa çatıb.

Daha sonra Cənubi Koreya və Meksika yığmaları üz-üzə gəlib. İlk turda Almaniyanı minimal hesabla məğlub etmiş meksikalılar ardıcıl ikinci qələbə ilə qrupdan çıxmağı təmin edə bilərdilər. Qarşılaşma məhz Meksika yığmasının qələbəsiylə bitib.

Günün son matçında isə Almaniya ilk turda Cənubi Koreyanı məğlub etmiş İsveçlə üz-üzə gəlib. Son dünya çempionları məğlub durumda olduğu bu qarşılaşmada dramatik qələbəyə sevinib.
 
DÇ-2018
23 iyun

G qrupu

Belçika- Tunis 5:2
Qol: E.Azar, 6-pen; 51. R.Lukaku, 16; 45+4. M.Batşuayi, 90 - D.Bronn, 18. V.Xazri, 90+3.
Baş hakim: Ceyr Marrufo (ABŞ).
Moskva. “Spartak” stadionu.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Breyne, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 11. Yannik Karrasko, 14. Dris Mertens, 15. Tomas Munye, 20. Dedrik Boyata.
Ehtiyat oyunçular: 3. Tomas Vermaelen, 4. Vensan Kompani, 8. Maruan Fellaini, 12. Simon Minolye, 13. Koen Kastils, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 21. Miçi Batşuayi, 22. Nasir Şadli, 23. Linder Dendonker.
Baş məşqçi: Roberto Martines.
Tunis: 1. Faruk ben Mustafa, 2. Syam ben Yussef, 4. Yassin Meriah, 7. Sayfeddin Kaui, 8. Faxreddin ben Yussef, 9. Anise Badri, 10. Vahbi Xazri (k), 11. Dilan Bronn, 12. Ali Maalul, 13. Feryani Sassi, 17. Ellyes Skhiri.
Ehtiyat oyunçular: 3. Yohan ben Aluane, 5. Ussama Haddadi, 6. Rami Bedui, 14. Mohamed ben Amor, 15. Ahmed Xalil, 16. Aymen Matlouti, 18. Bassem Srarfi, 19. Saber Xalefa, 20. Gaylen Xaaleli, 21. Hamdi Naquez, 23. Naim Sliti, 22. Muez Hassen.
Baş məşqçi: Nabil Maalul.

F qrupu

Cənubi Koreya - Meksika 1:2
Qol: H.M.Son, 90+3 - K.Vela, 26-pen. X.Hernandes, 66.
Baş hakim: Milorad Majiç (Serbiya).
Rostov. “Rostov Arena”

Cənubi Koreya: 23. Jo Hyon Vu, 2. Li Yonq, 7. Hunq Min Son, 8. Ju Se Yonq, 11. Hi Çan Huanq, 12. Kim Min Vo, 16. Sunq Yunq Ki (k), 17. Le Yae Sunq, 18. Mun Seon Min, 19. Kim Yunq Qvon, 20. Yanq Hyun So.
Ehtiyat oyunçular: 1. Kim Sunq Yu, 3. Yunq Sunq Hyun, 4. Oh Ban Suk, 5. Yun Yunq Sun, 9. Kim Şin Vuk, 10. Li Sunq Vu, 13. Ko Jak Hol, 14. Honq Çul, 15. Yunq Vo Yunq, 21. Kim Yin Yon, 22. Qo Yohan, 6. Park Jo Ho.
Baş məqşçi: Şin Ta Yonq.
Meksika: 13. Gilyermo Oçoa, 3. Karlos Salsedo, 7. Migel Layun, 11. Karlos Vela, 14. Xavyer Ernandes, 15. Hektor Moreno, 16. Hektor Herrera, 18. Andres Quardado (k), 21. Edson Alvares, 22. Hirvinq Lozano, 23. Xesus Qalyardo.
Ehtiyat oyunçular: 1. Xose Korona, 2. Huqo Ayala, 4. Rafael Markez, 5. Erik Qutyerres, 6. Conatan Dos Santos, 8. Marko Fabian, 9. Raul Ximenes, 10. Covanni Dos Santos, 12. Alfredo Talavera, 17. Xesus Korona, 19. Oribe Peralta, 20. Xavyer Akinyo.
Baş məşqçi: Xuan Karlos Osorio.

Almaniya - İsveç 2:1
Qol: M.Roys, 48. T.Kroos, 90+5 - O.Toyvonen, 32.
Qırmızı vərəqə: J.Boatenq, 82.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Soçi. “Fişt” stadionu.

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 5. Yulian Draksler, 8. Toni Kroos, 9. Timo Verner, 11. Marko Roys, 13. Tomas Müller, 16. Antonio Rudiger, 17. Jerom Boatenq, 18. Yozua Kimmix, 19. Sebastyan Rudi.
Ehtiyat oyunçular: 2. Marvin Plattenhardt, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Sami Xedira, 10. Məsut Özil, 12. Kevin Trapp, 14. Leon Qoretska, 15. Niklas Sule, 20. Yulian Brandt, 21. İlkay Gündoğan, 22. Mark-Andre Ter Ştegen, 23. Mario Qomes.
Baş məşqçi: Yoahim Löv.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelof, 4 Andreas Qrankvist (k), 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 17. Viktor Klaesson, 20. Ola Toyvonen.
Ehtiyat oyunçular: 5. Martin Olsson, 11. Con Qvidetti, 12. Karl-Yohan Yonsson, 13. Qusat Svensson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 16. Emil Kraft, 18. Pontus Yansson, 19. Markus Rohden, 21. Cimmi Durmaz, 22. İsaak Kiese Telin, 23. Kristoffer Nordfeldt.
Baş məşqçi: Yanne Andersson.