Futbol

Nigeriya - İslandiya matçının ən yaxşısı açıqlandı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Nigeriya - İslandiya matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Nigeriya yığmasının hücumçusu Ahmed Musa seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Nigeriya yığması bu oyunda 2:0 hesabıyla qalib gəlib. Komandasının hər iki qolunu məhz “Lester Siti” klubunda top qovan Musa vurub.