Futbol

Braziliya və Nigeriyadan inamlı, İsveçrədən əzmkar qələbə

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, bu gün D və E qruplarında yer alan komandaların iştirakı ilə daha 3 qarşılaşma baş tutub.

Günün ilk oyununda beşqat dünya çempionu Braziliya yığması Kosta Rika ilə üz-üzə gəlib. Cənubi amerikalılar bu oyunun yalnız əlavə olunmuş dəqiqələrində iki qol vurmaqla inamlı qələbəyə seviniblər.

Daha sonra D qrupu çərçivəsində İslandiya və Nigeriya yığmaları qarşılaşıb. Bu oyunda da afrikalılar 2 cavabsız qola seviniblər. Bu nəticə bir gün öncə Xorvatiyaya biabırçı hesabla uduzan Argentinanı da sevindirib. Çünki cənubi amerikalılar son turda Nigeriya üzərində qələbə qazanmaqla qrupdan çıxmaq şansı qazanıblar.

Günün son matçında isə Serbiya İsveçrəni sınağa çəkib. Qarşılaşmada hesabı serblər açıblar. Amma sonrakı dəqiqələrdə ardıcıl iki qol vuran İsveçrə əzmkar qələbəyə sevinib.

DÇ-2018
22 iyun

E qrupu

Braziliya - Kosta-Rika 2:0
Qol: F.Koutinyo, 90+1. Neymar, 90+7.
Baş hakim: Byorn Kuypers (Hollandiya).
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.

Braziliya: 1. Alisson Bekker, 2. Tyaqo Silva (k), 3. Miranda, 5. Kazemiro, 9. Qabriel Xesus, 10. Neymar, 11. Filippe Koutinyo, 12. Marselo, 15. Paulinyo, 19. Villian, 22. Faqner.
Ehtiyat oyunçular: 4. Pedro Qeromel, 6. Filipe Luis, 7. Duqlas Kosta, 8. Renato Auqusto, 13. Markinyos, 16. Kassio, 17. Fernandinyo, 18. Fred, 20. Roberto Firmino, 21. Tayson, 23. Ederson, 14. Danilo.
Baş məşqçi: Tite.
Kosta Rika: 1. Keylor Navas, 2. Conni Akosta, 3. Cankarlo Qonsales, 5. Selso Borqes, 6. Oskar Duarte, 8. Brayan Ovyedo, 10. Brayan Ruis (k), 11. Yohan Veneqas, 16. Kristian Qamboa, 20. David Quzman, 21. Markos Urena.
Ehtiyat oyunçular: 4. Yan Smit, 7. Kristian Bolanos, 9. Daniel Kolindres, 12. Joel Kempbell, 13. Rodni Uollas, 14. Randall Azofeyfa, 15. Fransisko Kalvo, 17. Yeltsin Teyeda, 18. Patrik Pemberton, 19. Kendall Uoston, 22. Kenner Qutyerres, 23. Leonel Moreyra.
Baş məşqçi: Oskar Ramires.

D qrupu

Nigeriya - İslandiya 2:0
Qol: A.Musa, 49; 75.
Matçın 83-cü dəqiqəsində G.Siqurdsson penaltidən yararlana bilməyib (kənara).
Baş hakim: Mettyu Konqer (Yeni Zelandiya).
Volqoqrad. “Volqoqrad Arena”.

Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu, 4. Vilfred Ndidi, 5. Villiam Ekonq, 6. Leon Baloqun, 7. Ahmed Musa, 8. Oqenekaro Etebo, 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 14. Keleçi İheanaço, 22. Kennet Omeru.
Ehtiyat oyunçular: 1. İkeçukvu Ezenva, 3. Elderson Eçiejile, 9. Odion İqalo, 12. Abdullahi Şehu, 13. Simeon Nvankvo, 15. Joel Obi, 16. Daniel Akpeyi, 17. Oqenyi Onazi, 18. Aleks İvobi, 19. Con Oqu, 20. Şidozie Avaziem, 21. Tironne Ebuehi.
Baş məşqçi: Gernot Rohr.
İslandiya: 1. Hannos Halldorsson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson, 8. Birkir Byarnason, 10. Gilfi Siqurdsson, 11. Alfred Finnboqason, 14. Kari Arnason, 17. Aron Gunnarsson (k), 18. Hordur Maqnusson, 19. Rurik Gislason, 22. Con Bodvarsson.
Ehtiyat oyunçular: 3. Samuel Fridyonsson, 4. Albert Qudmundsson, 5. Sverir İnqason, 7. Yohann Qudmundsson, 9. Byorn Siqurdarson, 12. Frederik Şram, 13. Runar Runarsson, 15. Holmar Eyyolfsson, 16. Olafur Skulason, 20. Emil Hallfredsson, 21. Arnor Traustason, 23. Ari Skulason.
Baş məşqçi: Heymir Hallqrimsson.

E qrupu

Serbiya - İsveçrə 1:2
Qol: A.Mitroviç, 5 - Q.Caka, 53. C.Şakiri, 90.
Baş hakim: Feliks Brix (Almaniya).
Kalininqrad. “Kalininqrad” stadionu.

Serbiya: 1. Vladimir Stoykoviç, 3. Duşko Toşiç, 4. Luka Milivoyeviç, 6. Branislav İvanoviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 11. Aleksandr Kolarov (k), 15. Nikola Milenkoviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç, 21. Nemanya Matiç.
Ehtiyat oyunçular: 2. Antonio Rukavina, 5. Uros Spayiç, 7. Andrey Jivkoviç, 8. Aleksandr Priyoviç, 12. Predraq Raykoviç, 13. Miloş Velkoviç, 14. Milan Rodiç, 16. Marko Qruyiç, 18. Nemanya Radonyiç, 19. Luka Yoviç, 22. Adem Lyaiç, 23. Marko Dmitroviç.
Baş məşqçi: Mladen Krstayiç.
İsveçrə: 1. Yann Sommer, 2. Stefan Lixtştayner, 5. Manuel Akanyi, 9. Haris Seferoviç, 10. Qranit Caka, 11. Valon Behrami, 13. Rikardo Rodriqes, 14. Stiven Suber, 15. Blerim Dzemaili, 22. Fabian Şer, 23. Cerdan Şakiri.
Ehtiyat oyunçular: 3. Fransis Mubandye, 4. Niko Elvedi, 6. Mixael Lanq, 7. Breel Embolo, 8. Remo Freuler, 12. Yvon Mvoqo, 16. Jelson Fernandes, 17. Denis Zakariya, 18. Mario Qavranoviç, 19. Yosip Drmiç, 20. Yohan Djuru, 21. Roman Burki.
Baş məşqçi: Vladimir Petkoviç.