Futbol

Argentina - Xorvatiya matçının ən yaxşısı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Argentina - Xorvatiya matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Xorvatiya yığması bu oyunda 3:0 hesabıyla qalib gəlib. Komandasının qollarından birini də məhz Madrid “Real”ında top qovan Modriç vurub.