Futbol

Mbappe tarixə düşdü

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün keçirilən Fransa - Peru matçında (1:0) vurulan yeganə qolun müəllifi Kilian Mbappe tarixə düşüb.

Dsport.az xəbər verir ki, o, Fransa yığmasının heyətində dünya çempionatlarında qol vuran ən gənc futbolçuya çevrilib.

Fransa çempionu PSJ-də top qovan oyunçu bu qolu atdığı gündə 19 yaş 183-cü günündə olub.

Öncəki rekord isə David Trezeqeyə məxsus idi. O, DÇ-1998-də qol vurarkən 20 yaş 246 günündə olub. Lakin Mbappe onun rekordunu 20 il sonra qırıb.