Futbol

Fransa 1/8 finala, Peru evə

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında daha bir komanda 1/8 finala vəsiqəni vaxtından öncə təmin edib.

Dsport.az xəbər verir ki, C qrupunda yer alan Fransa yığması bu gün Peruya 1:0 hesabıyla qalib gəlməklə pley-offa vəsiqə qazanıb. İlk turda Avstraliyanı da 2:1 hesabıyla üstələmiş “xoruzlar” xal hesabını 6-ya çıxararaq ən azı qrup ikinciliyini təmin ediblər.

Peru isə əksinə, ilk iki oyunda məğlub olmaqla pley-offa yüksəlmək şansını itirdi. 36 illik fasilədən sonra mundial sevinci yaşayan perulular ilk turda da Danimarkaya uduzmuşdular.

Xatırladaq ki, Fransadan öncə pley-offa A qrupunda yer alan Rusiya və Uruqvay yığmaları vəsiqə əldə etmişdi. Misir, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları isə Peru kimi, DÇ-2018-ə elə qrup mərhələsindəcə vida edəcək.