Futbol

Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Danimarka - Avstraliya matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Eriksen seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Danimarka yığması bu oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb. Komandasının yeganə qolunu da məhz İngiltərənin “Tottenhem” klubunda top qovan Eriksen vurub.