Futbol

Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, bu gün C və D qruplarında yer alan komandaların iştirakı ilə daha 3 qarşılaşma baş tutub.

Öncə Danimarka Avstraliya ilə üz-üzə gəlib. İlk turda Perunu məğlub etmiş Avropa təmsilçisi ikinci qələbəsini rəsmiləşdirmək arzusundaydı. Lakin bu görüş heç-heçə yekunlaşıb.

C qrupunun digər matçında isə Fransa Peru ilə qarşılaşıb. DÇ-nin əsas favoritlərindən sayılan və ilk turda çətinliklə qələbə qazanmış fransızların bu dəfə də 3 xala sevinəcəyi istisna edilmirdi. Belə də olub. Lakin Avropa təmsilçisi ilk turda olduğu kimi, bu dəfə də 3 xalı çətinliklə bayram edib. Nəticədə Fransa pley-offa vəsiqəni təmin edibsə, Peru mərhələ adlamaq şansını itirib.

Günün son oyununda isə D qrupunda yer alan iki favorit komanda - Argentina ilə Xorvatiya üz-üzə gəlib. İlk turda İslandiya ilə heç-heçəyə razılaşan Lionel Messinin komandası növbəti mərhələyə vəsiqə şanslarını çətinə salmamaq üçün Nigeriyaya qalib gəlmiş Xorvatiyanı mütləq məğlub etməliydi. Lakin xorvatlar Messi və komanda yoldaşlarını 3 cavabsız qolla məğlub etməklə Argentinaya daha böyük bir şok yaşadıblar. Xorvatiya yığması bu qələbə ilə 1/8 finala vəsiqəni təmin ediblər.

DÇ-2018
21 iyun

C qrupu

Danimarka - Avstraliya 1:1
Qol: K.Eriksen, 7 - M.Yedinak, 38-pen.
Baş hakim: Antonio Mateo Lahos (İspaniya).
Samara. “Samara Arena”.

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Nikolay Yorgensen, 10. Kristian Eriksen, 14. Henrik Dalsqaard, 17. Yens Larsen, 19. Lasse Şöne, 20. Yussuf Poulsen, 23. Pione Sisto.
Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 5. Yonas Knudsen, 11. Martin Braytveyt, 12. Kasper Dolberq, 13. Matias Yorgensen, 15. Viktor Fişer, 16. Yonas Lossl, 18. Lukas Lerager, 21. Andreas Kornelius, 22. Frederik Ronnov, 7. Villiam Kvist.
Baş məşqçi: Aqe Hareyde.
Avstraliya: 1. Mettyu Rayan, 2. Mark Milliqan, 7. Mettyu Leki, 10. Robbi Kruz, 11. Endryu Nabbut, 16. Aaron Muy, 15. Mayl Yedinak (k), 16. Aziz Behiç, 19. Coşua Rizdon, 20. Trent Seynsberi, 23. Tom Roqiç.
Ehtiyat oyunçular: 2. Miloş Deqenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Mettyu Yurman, 8. Massimo Luonqo, 9. Tomi Yuriç, 12. Bred Cons, 14. Ceymi Maklaren, 17. Daniel Arzani, 18. Denni Vukoviç, 21. Dimitrios Petratos, 22. Cekson İrvin.
Baş məşqçi: Bert Marveyk.

Fransa - Peru 1:0
Qol: K.Mbappe, 34.
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (BƏƏ).
Yekaterinburq. “Yekaterinburq Arena”.

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavard, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Ernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.
Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriqes, 6. Migel Trauko, 8. Kristian Kueva, 9. Paolo Gerrero (k), 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores, 23. Pedro Akinyo.
Ehtiyat oyunçular: 3. Aldo Korso, 4. Anderson Santamaria, 5. Migel Arauxo, 7. Paolo Hurtado, 10. Cefferson Farfan, 11. Raul Ruidias, 12. Karlos Kaseda, 13. Renato Tapia, 14. Andi Polo, 16. Vilder Kartagena, 21. Xose Karvalyo, 22. Nilson Loyola.
Baş məşqçi: Rikardo Qareka.

D qrupu

Argentina - Xorvatiya 0:3
Qol: A.Rebiç, 53. L.Modriç, 80. İ.Rakitiç, 90+1.
Baş hakim: Ravşan İrmatov (Özbəkistan).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.

Argentina: 23. Vilfredo Kabalyero, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 8. Markos Akuna, 10. Lionel Messi (k), 13. Maksimiliano Meza, 14. Xavyer Maskerano, 15. Enso Peres, 17. Nikolas Otamendi, 18. Eduardo Salvio, 19. Serxio Aquero.
Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fasio, 7. Ever Baneqa, 9. Qonsalo İquayn, 11. Anxel Di Mariya, 12. Franko Armani, 16. Markos Roxo, 20. Covani Lo Selso, 21. Paulo Dibala, 22. Kristian Pavon.
Baş məşqçi: Xorxe Sampaoli.
Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivarik.
Baş məşqçi: Zlatko Daliç.