Futbol

İran - İspaniya matçının ən yaxşı oyunçusu bəlli oldu

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən İran - İspaniya matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İspaniya yığmasının hücumçusu Dieqo Kosta seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İspaniya yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasına qələbə qazandıran yeganə qolun müəllifi də məhz “Atletiko”nun şərəfini qoruyan Braziliya əsilli futbolçu olub.