Futbol

Qələbə qolunu vurdu, ən yaxşı seçildi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Uruqvay – Səudiyyə Ərəbistanı matçının ən yaxşı oyunçusu müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Uruqvay yığmasının hücumçusu Luis Suares seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Uruqvay yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasına qələbə qazandıran yeganə qolun müəllifi də məhz “Barselona”nın şərəfini qoruyan Suares olub.