Futbol

DÇ-2018-lə vidalaşan ilk komanda bəlli oldu

Rusiyada təşkil olunmuş dünya çempionatını tərk edən ilk komanda müəyyənləşib.

Dsport.az xəbər verir ki, Mərakeş millisinin qrupda keçirəcəyi son matçın nəticəsindən asılı olmayaraq, qrupda qalması dəqiqləşib.

İlk turda İrana 0:1 hesabıyla uduzan Mərakeş millisi bu gün də Portuqaliyaya oxşar hesabla məğlub oldu. Bu isə o deməkdi ki, son turda İspaniya üzərində istənilən hesabla qələbə qazansa belə, sözügedən kollektiv DÇ-2018-in 1/8 finalına vəsiqə əldə edə bilməyəcək.

Qeyd edək ki, bu qrupda hazırda Portuqaliya yığması 4 xalla birinci pillədə qərarlaşıb. 3 xala malik İran ikinci, 1 xalı olan İspaniya isə üçüncüdü. Nəinki xal toplaya, qol da vura bilməyən mərakeşlilər isə sonuncu pillədə qərarlaşıblar.